...

Bakıda atışmada xəsarət alanarın vəziyyəti açıqlanıb

Hadisə Materials 13 Mart 2023 11:49 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nəsimi rayonunda baş verən atışma zamanı yaralanan iki nəfərin müalicəsi davam etdirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Məlumatda qeyd edilir ki, hadisə nəticəsində güllə yarası alan 1983-cü il təvəllüdlü Tamerlan Hüseynovun müalicəsi Kliniki Tibbi Mərkəzin Travmatologiya, 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin mülaicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir. Hər iki yaralının vəziyyəti stabildir.

Xatırladaq ki, martın 10-da Bakının Nəsimi rayonu ərazisində silahlı insident baş verib. Hadisə nəticəsində həmin ərazidən keçən Tamerlan Hüseynov və Fəqan Rəhimli güllə yarası alıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti