...

İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub

Hadisə Materials 16 Mart 2023 16:05 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub.

Bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasından 131 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub. Zəlzələnin maqnituası 5.5, dərinliyi 10 km olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti