...

127 il yaşamağın sirri: Ərə getməyin

Maraqlı Materials 2 Sentyabr 2014 20:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Dünyanın ən yaşlı sakinlərindən biri olan 127 yaşlı meksikalı Leandra Beserra Lumberas uzunömürlülüyün sirrini açıqlayıb.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, 1887-ci il avqustun 31-də anadan olan meksikalı qadın bu yaxınlarda 127 yaşını qeyd edib.

Onun sözlərinə görə, uzun yaşamaq üçün 3 şeyə əməl etmək lazımdır: birincisi, yaxşı qidalanmaq, ikincisi, saatlarla yatmaq və nəhayət, əsla ərə getməməkdir.

Keçmişdə dərzi olan qadın heç vaxt evlənməsə də, 5 uşaq dünyaya gətirib. Onun 20 nəvəsi, 55 nəticəsi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti