Azərbaycan, Bakı, 17 yanvar /Trend/
ABŞ-ın Harvard Universitetində aparılan yeni araşdırma göstərir ki, qidalanma zamanı kəpəkli məhsullardan istifadə vaxtsız ölüm riskini xeyli azaldır. Belə ki, kiçik yulaf sıyığı porsiyası uzunömürlülüyüyn açarıdır.
Trend xarici mətbuata istinadən xəbər verir ki, 14 ildən artıq müddətdə davam edən araşdırma zamanı alimlər qidalanma və həyat tərzi ilə bağlı suallara cavab tapıblar. Belə ki, kəpəkli məhsullar ürək xəstəlikləri zamanı ölüm riskini də 15 faiz azaldır.
Alimlərin qənaətincə, qarabaşaq, yulaf kimi məhsullar ürəyi mühafizə edir, qanda insulinin və şəkərin səviyyəsini aşağı salır. Bu, ürək-damar xəstəlikləri və diabet riskinin azaldılmasına kömək edir. Bundan başqa, bu cür məhsullar qida maddələri ilə zəngindir və çəkini azaltmağa kömək edir.