Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İlhamə İsabalayeva/
Ötən həftə 103 yaşını qeyd edən britaniyalı təqaüdçü Qertruda Xindli uzunömurlülüyünün sirrini açıqlayıb.
Trend xarici mətbuata istinadən məlumat verir ki, bu sirr televizorun yoxluğundadır: "Mənim bütün dostlarımda televizor var, amma mən ona malik olmaq istəmirəm. Mən sadəcə sakitlik istəyirəm".
Q.Xindli deyib ki, o, həyatı boyu heç bir teletranslyasiya görməyib - nə Kraliça II Elizabetin tac qoyması mərasimini, nə Con Kennedinin qətli, nə də Aya birinci insanın ayaq basması ilə maraqlanıb. ABŞ-da 11 sentyabrda baş verən terror aktı da onun nəzərindən yan keçib.
Q.Xindli televizora baxmaq əvəzinə yaşlı insanlara qulluq edib. Bundan başqa, 1970-ci illərdə o, heyvanlar üçün rayon sığınacağını yaratmağa kömək edib, vaxtının əhəmiyyətli hissəsini onlara həsr edib.
Uşağı olmayan Q.Xindli hazırda qocalar evində yaşayır.
Onun qardaşı oğlu Riçard Xindli də bildirib ki, o, həqiqətən də heç vaxt xəbərlərə görə həyəcanlanmayıb.