...

Helsinki tarixində ilk dəfə qarsız yanvar qeyd edilib

Maraqlı Materials 2 Fevral 2020 00:54 (UTC +04:00)
Finlandiya ərazisinin təqribən 60 faizi üçün yanvar, daha çox mart-aprel aylarına bənzəyərək həmişəkindən 7-8 dərəcə isti keçib
Helsinki tarixində ilk dəfə qarsız yanvar qeyd edilib

Bakı. Trend:

Finlandiyanın şimalında rekord miqdarda yağıntılar olsa da, Helsinki tarixində ilk dəfə yanvar ayı qarsız keçib.

Trend-in məlumatına görə, bu barədə Finlandiyanın meteorologiya institutu xəbər verib.

Finlandiya ərazisinin təqribən 60 faizi üçün yanvar, daha çox mart-aprel aylarına bənzəyərək həmişəkindən 7-8 dərəcə isti keçib. Yanvar ayının ən yüksək hava temperaturu - 9,2 dərəcə isti, yanvarın 21-də Turku şəhərində qeydə alınıb.

Finlandiyanın şimalındakı vəziyyət tamamilə fərqlidir. Meteoroloqlar bildirir ki, yanvarın 30-da Kittila şəhərinin şimal yaşayış məntəqəsində 111 santimetr qar qeydə alınıb və bu, bölgənin artıq yeddinci qar rekordudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti