...

Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində real irəliləyişin vaxtı çatıb - Ariel Koen

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2011 02:26 (UTC +04:00)
Yaxşı olardı ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri bundan sonra da danışıqlar prosesini davam etdirsin və atəşkəs rejimini qoruyub saxlasınlar. Trend BİA-nın Ekspert Şurasının üzvü, "İrs" Fondunun Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti məsələləri üzrə aparıcı eksperti Ariel Koen belə hesab edir.
Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində real irəliləyişin vaxtı çatıb - Ariel Koen

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Yaxşı olardı ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri bundan sonra da danışıqlar prosesini davam etdirsin və atəşkəs rejimini qoruyub saxlasınlar. Trend BİA-nın Ekspert Şurasının üzvü, "İrs" Fondunun Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti məsələləri üzrə aparıcı eksperti Ariel Koen belə hesab edir.

" Lakin münaqişənin davam etdiyi bu illərdən sonra Ermənistanın Madrid prinsiplərini qəbul etməsi, Azərbaycanın suverenliyinin bərpası və Yerevanın Azərbaycanın yeddi rayonunu işğaldan azad etməsinin daxil olacağı və Dağlıq Qarabağın özünün razılaşdırılmış gələcəyinin əldə olunacağı əsil irəliləyişə nail olmağın vaxtı çatıb", - prezidetlərin Kazan görüşünü şərh edən Koen Trend-ə bildirib.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Kazanda keçirilən sammitdə Dağlıq Qarabağ münaqişəsinin baza prinsipləri əsasında həlli ilə bağlı razılığa gələ bilməyiblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan cümə günü Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər.

"Dövlət başçıları bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu qeyd ediblər. Bu məsələlərin həlli əsas prinsiplərin təsdiq olunması üçün şəraitin yaranmasına kömək edəcək" , - bəyanatda bildirilir.

" Görüş iştirakçıları əsas prinsiplər layihəsinin təsdiq olunması məqsədilə aparılan işin gedişinə nəzər salıblar " , - sənəddə qeyd olunur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti