...

Vaşinqtonda Xocalı soyqırmına həsr olunmuş film nümayiş etdirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2017 09:45 (UTC +04:00)
Corc Vaşinqton Universitetinin Cək Morton kinozalında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan, nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” (“Endless corridor”) müstəqil sənədli filmin premyerası keçirilib.
Vaşinqtonda Xocalı soyqırmına həsr olunmuş film nümayiş etdirilib (FOTO)

Bakı. Trend:

Fevralın 23-də ABŞ-ın paytaxtında Corc Vaşinqton Universitetinin Cək Morton kinozalında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan, nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” (“Endless corridor”) müstəqil sənədli filmin premyerası keçirilib.

Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

26 fevral 1992-ci il tarixində törədilmiş Xocalı qətliamının qurbanlarının xatirəsinə həsr olunan tədbirdə Vaşinqtonda akkreditə olunan diplomatik korpus, yerli ictimaiyyət nümayəndələri, tələbələr, eləcə də Vaşinqton və onun ətrafında yaşayan soydaşlarımız iştirak edib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü zamanı Xocalıda qətliamın törədilməsindən və erməni işğalçılarının mülki əhaliyə etdiyi zülmlərdən danışıb və bu faciənin xalqımızın yaddaşında buraxdığı izlərdən söz açıb. Diplomat bildirib ki, Xocalı qətliamı Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı Ermənistanın həyata keçirdiyi amansız etnik təmizləmə siyasəti kontekstində törədilib. Bu əməllər hüquqi və siyasi qiymətini almalıdır. E.Süleymanov Xocalı əməllərinə görə ədalətin təmin olunmasının və onun dünya miqyasında daha geniş tanınmasının regionda sülhün bərqərar olunmasına töhfə verəcəyini bildirib.

Sonra filmin icraçı prodüseri, nüfuzlu “Grammy Award” mükafatçısı ABŞ-ın sabiq prezidenti Cimmi Karter administrasiyasında ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışmış Cerald Rafşun (ABŞ) Xocalı faciəsi barədə fikirlərini bölüşüb. O, filmin tarixçəsi barədə danışıb və bildirib ki, film çəkilişləri zamanı Xocalıda baş verənlər barədə tanış olduqdan sonra orada kütləvi şəkildə insan hüquqlarının kobud pozulmasını dərk edib. Eyni zamanda, prodüser Rafşun Xocalı qətliamı barədə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bu filmin əhəmiyyəti barədə danışıb.

Tanınmış prodüser Aleksandras Brokas və Cerald Rafşun tərəfindən çəkilmiş bu film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulub.

Tədbirin sonunda tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti