Oktyabrın 13-də Azərbaycanla Ermənistan arasındakı qoşunların təmas xəttində keçirilmiş monitorinq zamanı insident qeydə alınmayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.
Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında keçirilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Jiri Aberle keçirib.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Günter Folk, Miroslav Vimetal və Piter Ki keçirib.