...

Azərbaycan politoqları hesab edirlər ki, BMT-nin Dağlıq Qarabağla bağlı yeni qətnaməsinin qəbul edilməsi dünya ictimaiyyətinin diqqətini münaqişəyə cəlb edə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Avqust 2007 20:00 (UTC +04:00)
Azərbaycan politoqları hesab edirlər ki, BMT-nin Dağlıq Qarabağla bağlı yeni qətnaməsinin  qəbul edilməsi dünya ictimaiyyətinin diqqətini münaqişəyə cəlb edə bilər

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Azərbaycanlı politoloq Rasim Musabəyov hesab edir ki, BMT-nin Baş Assambleyasında GUAM ərazisində dondurulmuş münaqişələr məsələlərinin müzakirəsinin uğuru qüvvələrin konkret olaraq bölüşdürülməsi və Azərbaycan, Moldova, Gürcüstan və Ukrayna nümayəndələrinin qətnaməyə dəstəyin nə dərəcədə uğurlu səfərbər etməsindən asılı olacaq.

Sentyabrın 18-də BMT-nin Baş Assambleyasında keçiriləcəyi planlaşdırılan dondululmuş münaqişlərə dair qətnamə layihəsinin müzakirəsinə gəldikdə isə Musbəyov bildirib ki, belə bir müzakirənin keçirilməsini və belə bir qətnamənin qəbul edilməsini təmin etmək lazımdır.

Politoloq hesab edir ki, əgər müzakirə amorf xarakter daşısa bu təşəbbüskarların məğlubiyyəti demək olacaq. "Əgər ərazisində münaqişələrin mövcud olduğu dövlətlərin daha çox sülhsevərlik nümayiş etdirməli olduqları bəyan edilsə daha pis olacaq. Belə bir qətnamə çətin ki bizə əl versin" - deyə Musabəyov əmindir.

Politoloq Rəşad Rzaquliyevin fikrincə, BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarpbağla bağlı yeni qətnamə qəbul etməsi müasir mərhələdə dünya ictimaiyyətinin müvafiq münaqişəni dərk etməsinə yeni format və stimul verərdi. "Mənim fikrimcə, elə məsələlər var ki, natamam şəkildə dünyanın siyasi proseslərinin müxtəlif müəllifləri tərəfindən çoxdan bəri təqdim olunub, lakin möhkəmləndirilmiş, dəqiq və aydın şəklə salınmağa ehtiyacı var" - deyə Rzaquliyev bildirib.

Politolorq bildirib ki, dünyanın aparıcı ölkələrinin hökumətlərinin və parlamentlərinin Qarabağın ərazi mənsubluğunun mübahisəli məsələ olub olmaması sualına cavabı YOXdur. "Bu ərazilərin yurisdiksiyası məsələsi müzakirə mövzusu deyil. Qarabağın dağlıq hissəsinin statusu problemi Azərbaycanın ərazi bötövlüyü və suverenliyinin təmin olunması çərçivəsində həll olunmalıdır, Rzaquliyev belə hesab edir.

Ermənistanın Azərbaycan ərazilərini işğal edən təcavüzkar dövlət kimi tanınmasına gəldikdə isə politiloq əlavə edib ki, Ermənisan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin formatı sübut edir ki, Ermənistan hər hansısa bir texnologiyalardan istifadə edir.

Bu texnologiyaların məqsədi təcavüz faktını ört-basdır etmək, faktı "Qarabağ xalqının" azadlıq uğrunda mübarizəsi və virtual "Dağlıq Qarabağ respublikasının" yaradılması kimi təqdim etməkdir.

"Dünyanın heç bir ölkəsi, ictimati institutları və geosiyasi mərkəzləri "Dağlıq Qarabağ Respublikası"nı müstəqil dövlət kimi tanımayıb. Əksər hallarda, bəzən açıq, bəzən isə gizli şəkildə dünya ölkələrinin parlament və hökumətləri Ermənistanın Azərpbaycana qarşı təcavüzkvarlıq faktını etiraf edirlər", politoloq belə hesab edir.

Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ miünaqişəsinin BMT-nin formatında həlli yollarına gəldikdə isə, o bildirib ki, məhz elə bu sualın cavabı Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığına son qoya bilər və qoymalıdır. "Necə ki, müsir dünyanın qəbul olunmuş sityasi sərhədlərinin yenidən biçilməsi , beynəlxalq münasibətlərdə güc üstünlüyünün qanuniləşdirmək, beynəlxalq hüququn baza əsaslarının dövlətlərarası münasibətlər konteksində məhv etmək cəhdlərinə son qoyub" - deyə Rzaquliyev bildirib.

Xəbər lenti

Xəbər lenti