...

İrandan Azərbaycana gətirilən külli miqdarda narkotik maddə sərhəddə saxlanılıb

Siyasət Materials 23 Aprel 2008 14:19 (UTC +04:00)
İrandan Azərbaycana gətirilən külli miqdarda narkotik maddə sərhəddə saxlanılıb

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir E.Hüsynli/ Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik maddə saxlayıb. Nazirliyin ictimaiyyətlə əlaqə mərkəzindən çərşənbə günü Trend -a bildiriblər ki, İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitənin miqdarı 33 kiloqram 478, 7 qram olub.

Məlumata görə, Rusiya vətəndaşı Eldəniz Həmidov, Yardımlı rayon sakinləri Mehman Əzizov, Mirzəli Həsənov və Hamlet İbayev, Masallı şəhər sakinləri Elvin Nuriyev və Tahir Salmanov, həmçinin hazırda şəxsiyyətləri istintaqla müəyyənləşdirilən İran vətəndaşlarından ibarət mütəşəkkil dəstə aprelin 15-də 33 kiloqram 478, 7 qram narkotik vasitə olan həşişi Dövlət Sərhəd Xidmətinin "N" saylı sərhəd zastavası istiqamətindən qaçaqmalçılıq yolu ilə Azərbaycanın gömrük nəzarətindən kənar keçirərək satış məqsədilə İrandan Azərbaycana gətiriblər.

Məlum olub ki, İran vətəndaşları dəstənin üzvü Həmidovla onun sifariş verdiyi həmin narkotik vasitəni əvvəlcədən gəlinmiş razılığa əsasən aprelin 14-də Yardımlı rayonunun Aruz kəndinə gətirib Əzizov, Həsənov və İbayeva təhvil verib.

Faktla bağlı MTN-nin İstintaq Baş İdarəsində Azərbaycanın Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı (206.4-cü), mütəşəkkil dəstə tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma (234.4.1 və 234.4.3-cü) maddələri ilə cinayət işi başlanıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti