Azərbaycan, Bakı, 19 sentyabr/ Trend , N.Abdullayeva/ Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər,- Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Londonda Brayan Folla - Böyük Britaniya xarici işlər nazirliyinin Qərbi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdə bəyan edib, - XİN-in mətbuat xidməti bildirir.
Qərbi Qafqaz regionundakı münaqişələr yalnız ölkələrin ərazi bütövlüyünün qorunması çərçivəsində həll edilə bilər, - Fol bildirib. Bu, regionda sabitlik və rifahın bərpasına yardım edə bilər, - o qeyd edib.
Görüş zamanı enerji, regional və beynəlxalq vəziyyətə dair məsələlər, həmçinin, ikitərəfli münasibətlər müzakirə edilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]