...

Rusiyanın Birinci kanalından çıxarılan jurnalist Elxan Mirzəyev məhkəmə vasitəsilə işə bərpa olunmaq niyyətindədir

Siyasət Materials 23 Mart 2009 21:15 (UTC +04:00)
Rusiyanın Birinci kanalından çıxarılan jurnalist Elxan Mirzəyev məhkəmə vasitəsilə işə bərpa olunmaq niyyətindədir

Rusiya, Moskva 23 mart / Trend müxbir R.Ağayev/

Biz işə bərpa olunmaq niyyətindəyik, buna nail olub olmamağımızı isə məhkəmə göstərəcək. Bu barərə Moskvada kemirdiyi mətbuat konfransında Birinci kanalından uzaqlaşdırılan telejurnalist Elxan Mirzəyev deyib.

Elxan Mirzəyev və digər işdən çıxarılan jurnalist Oleq Ptaşkin bildiriblər ki, onlar martın 16-da Moskvanın Ostankino məhkəməsinə müraciət ediblər.

Ptaşkin deyib ki, onu martın əvvəlində heç bir motivlə izah etmədən, və Rusiya Əmək məcəlləsinin heç bir maddəsinə istinad etmədən işdən çıxarıblar və bu öz növbəsində işdən çıxarılmaının qanunsuz olduğunu göstərir. "Mənim əmək kitabçamda yazılıb ki, mən əmək müqaviləsinin müddətinin bitdiyinə görə işdən çıxarılmışam, amma mənim müqaviləmin vaxtı iyunun 2-də bitir", - deyə telejurnalist bildirib.

Öz növbəsində Mirzəyev bildirib ki, onunla da qeyri-qanuni davranıblar və o işdən çıxarılması barədə Ptaşkindən məlumat alıb. "Martın 5-də əmək kitabçamda qeyd ediblər ki, mən yanvarın 30-da işdən çıxarılmışam. Belə çıxır ki, məni arxa müddətlə işdən çıxarıblar, amma mən bütün fevral ayını işləmişəm və əmək müqaviləsinin bir forması olan xidmət göstərmək haqqında müqaviləm mayın 30-dək uzadılıb", - Mirzəyev deyir.

Onun sözlərinə görə, kobud hüquqi pozuntuları baş verib, həm işçilərin hüquqları pozulub, həm də əmək qanunvericiliyi pozulub.

Rusiya həmkarlar federasiyasının sədr müavini Oleq Babiçin sözlərinə görə Rusiya əmək məcəlləsinin kobud  pozulması göz qarşısındadır. O bildirib ki, jurnalistlərin adından Baş Prokurorluğa Birinci kanalda əmək münasibətlərinin yoxlanılması xahişi ilə müraciət gönrədiləcək. "Birinci kanalın rəhbərliyinin sözsüz ki porblemləri olacaq və onlar ciddi düşünməlidirlər ki, qüyri-qanuni hərəkət etdikləri əməkdaşlarının qarşısında özlərini necə təmizə çıxarsınlar", - Babiç dedi.

Oleq Ptaşkin birbaşa Birinci kanalda fəaliyyət göstərirdi, Elxan Mirzəyev isə Birinci kanalın xüsusi layihələr sifariş etdiyi ASC "Yaşıl studiya" ilə əməkdaşlıq edirdi.

Mirzəyev bildirib ki, ötən çərşənbə axşamından aclıq elan edib, Ptaşkin isə əvvəl aclıq aksiyasına qoşulsa da, səhhətində olna problemlərə görə aksiyanı davam etdirə bilməyib.

Trend -un müxbirinin sualına cavab verən Mirzəyev Azərbaycan Ombudsmanı Elmira Süleymanovaya bu məsələnin ədalətli həllinə kömək üçün Rusiya Federasiyası insan haqları üzrə müvəkkili Vladimir Lukinə müraciətinə görə minnətdarlıq bildirib.
 
Martın 19-da Azərbaycan Ombudsmanı Elmira Süleymanova Rusiya Federasiyası insan haqları üzrə müvəkkili Vladimir Lukinə Birinci kanalın əməkdaşı olan  həmyerlimizin qeyri-qanuni olaraq işdən çıxarılması ilə əlaqədar olaraq müraciət edib.

Mirzəyevin sözlərinə görə telejurnalistlər Rusiya prezidenti Dmitriy Medvedev, Dövlət Dumasının Konstitusiya qanunvericiliyi komitəsinin sədr müavini, deputat Viktor İlyuxinə, İctimai palataya və İnsan haqları üzrə müvəkkil Vladimir Lukinə şikayət göndəriblər. O bildirib ki, hələlik həmin şikayətlətin ünvanlara çatması ilə bağlı onlara cavablar gəlib.

Xəbər lenti

Xəbər lenti