...

Azərbaycan ilə Bosniya və Herseqovina Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında Protokol təsdiq edilib

Siyasət Materials 24 Yanvar 2011 19:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2011-ci il yanvarın 12-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol" təsdiq edilib.
Azərbaycan ilə Bosniya və Herseqovina Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında Protokol təsdiq edilib

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2011-ci il yanvarın 12-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol" təsdiq edilib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılıb ki, bu sərəncamın 1-ci bəndində göstərilən Protokolun həyata keçirilməsini təmin etsin, Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Bosniya və Herseqovina tərəfini xəbərdar etsin.

Xəbər lenti

Xəbər lenti