...

Venesuela prezidenti yenidən ona qarşı sui-qəsdin hazırlandığını iddia edib

Siyasət Materials 4 May 2013 04:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend/

Venesuela prezidenti Nikolas Maduro yenidən ona qarşı sui-qəsdin hazırlandığını iddia edib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, prezident bu işdə müxalifəti, ABŞ-ın 2 eks-səfirlərini və Kolumbiyanın keçmiş prezidentini ittiham edib.

"Onların məni devirmək planı var. Onlar mənim fiziki məhvimi planlaşdırırlar. Amma bu baş verməyəcək, çünki, bizi Xristos-xilaskar və "komandante" Çavesin xeyir-duası qoruyur" - deyə Maduro əlavə edib.

Maduro ona qarşı fiziki hücumun konkret hazırlıq işlərinin keçmiş səfirlər - Rocer Noryequ və Otto Reyx, Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe tərəfindən aparıldığını iddia edib.

"Uribe mənim məhv edilməyim üçün qurulmuş planın arxasında durub. Uribe qatildir" - deyə o, bildirib.

Qeyd edək ki, Maduro seçki ərəfəsində də müxalifəti və adları çəkilən şəxsləri Venesuelada qarışıqlıq yaratmaqda ittiham etmişdi.

Xəbər lenti

Xəbər lenti