...

Mübariz Qurbanlı: Bəzən ölkədə dini radikalizmin yayılmasına cəhdlər edilir

Siyasət Materials 5 İyul 2017 09:48 (UTC +04:00)
Ölkədə dini durum tam sabit olsa da, bəzən kənardan edilən müdaxilələr hesabına dini fanatizm və radikalizmin yayılmasına cəhdlər edilir.
Mübariz Qurbanlı: Bəzən ölkədə dini radikalizmin yayılmasına cəhdlər edilir

Bakı. İlhamə İsabalayeva – Trend:

Ölkədə dini durum tam sabit olsa da, bəzən kənardan edilən müdaxilələr hesabına dini fanatizm və radikalizmin yayılmasına cəhdlər edilir.

Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

M.Qurbanlı bildirib ki, bu istiqamətdə dövlət tərəfindən ideoloji, hüquqi və iqtisadi müstəvidə mübarizənin aparılması bu uğursuz cəhdlərin qarşısının alınmasında böyük rol oynamaqdadır:

“İdeoloji müstəvidə aparılan mübarizəyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər dövlət qurumları və qeyri-hökumət təşkilatları, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə keçirdiyi tədbirlər ən yaxşı nümunə hesab oluna bilər. Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artıraraq ölkəmizin bütün regionlarında silsilə tədbirlər həyata keçirir. Maarifləndirmə istiqamətində işlər elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və elektron nəşrlər vasitəsilə də baş tutur. Bu məqsədlə müxtəlif ədəbiyyatlar çap olunur, dini icmalara paylanılır”.

Komitə sədri əlavə edib ki, ölkəmizdə insanların mənsub olduğu dinə birgə ibadət etmək və digər dini tələbatlarını ödəmək məqsədilə təsis etdikləri dini icmanın dövlət tərəfindən qeydiyyata alınması ilə bağlı heç bir problem yaşanmır.

M.Qurbanlının sözlərinə görə, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan bu günədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 767 dini icma qeydiyyatdan keçib ki, konfessional baxımdan onlardan 739-u İslam, 17-si xristian, 8-i yəhudi, 1-i krişna, 2-si isə bəhai təmayüllüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti