...

Deputat Rauf Əliyev: Ermənistanın təşkil etdiyi qondarma “seçkiləri” heç kim tanımadı

Siyasət Materials 17 Aprel 2020 09:52 (UTC +04:00)
Deputat Rauf Əliyev: Ermənistanın təşkil etdiyi qondarma “seçkiləri” heç kim tanımadı

Bakı. Trend:

Bütün dünyanın koronavirus pandemiyasına qarşı mübarizə apardığı bir zamanda Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təşkil etdiyi qondarma “seçkilər” keçirməsi bir daha Ermənistan rəhbərliyinin, Ermənistan dövlətinin əsil simasını bütün dünyaya göstərdi. Bu “seçkilər” bir daha göstərdi ki, işğal altında olan ərazilərdə yaşayan erməni əhalisinin təhlükəsizliyi, sağlamlığı Ermənistan rəhbərliyini maraqlandırmır. İndiki Ermənistan rəhbərliyi əvvəlki rəhbərlik kimi bu saxta seçkiləri keçirməklə işğal altında olan ərazilərdə nəzarəti saxlamaq istəyirlər.

Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz rejimi heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və bu barədə bəyanatlar verdilər. Bundan başqa, ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. Eyni zamanda, ATƏT-in Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti açıqlama verdi.

120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı, 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı, 30 ölkəni birləşdirən Avropa İttifaqı, 50-yə yaxın ölkəni birləşdirən ATƏT bu “seçkiləri” tanımadı. Bu, bir daha göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Milli Məclisin deputatı
Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti