...

Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur - General-mayor Hüseyn Mahmudov

Siyasət Materials 19 Oktyabr 2020 16:06 (UTC +04:00)
Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur - General-mayor Hüseyn Mahmudov

Bakı. Elçin Mehdiyev- Trend:

Ermənistan tərəfi humanitar atəşkəsdən yararlanaraq öz qoşunlarını yenidən toplamaq və işğaldan azad edilmiş əraziləri təkrar işğal etməyə çalışır. İkinci dəfə əldə olunan humanitar atəşkəs razılaşmasından sonra, oktyabrın 18-i gecə saatlarından başlayaraq Ermənistan tərəfi Cəbrayıl, Hadrut və digər istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum edib.

Trend xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

Onun sözlərinə görə, Ermənistanın hücum cəhdləri olduqca çox olub: “Onlar işğaldan azad edilən ərazilərimizi təkrarən işğal etmək istəyib. Bunun üçün raketlərdən, ağır artilleriyadan və aviasiyadan istifadə ediblər. Lakin Azərbaycan ordusu bu cəhdlərin qarşısını aldı və düşmənin SU-25 təyyarəsini məhv etdi. Hazırda bütün cəbhəyə Ordumuz nəzarət edir. Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur. Azərbaycanın əks-hücumları zamanı məhv edilən erməni hərbi texnikalarının sayı düşmənin işğal olunmuş ərazilərdə hansı dərəcədə hərbləşməsini göstərdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti