Bakı. Trend:
İanə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydası hazırlanacaq.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını iki ay müddətində təsdiq etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.