...

Ukrayna səfiri humanitar yardıma görə Azərbaycana təşəkkür edib

Siyasət Materials 3 Avqust 2022 15:39 (UTC +04:00)
Ukrayna səfiri humanitar yardıma görə Azərbaycana təşəkkür edib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Biz Azərbaycana təkcə dəstəyə görə deyil, həmdə minlərlə Ukrayna vətəndaşına təqdim etdiyi sistemli, planlı yardımına görə təşəkkür edirik.

Trend-in məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

"Bu gün Azərbaycanın Ukraynaya böyük humanitar yardımınının yubiley, 10-cu reysi yerinə yetirilir. Ölkənin müxtəlif şəhərlərinə 100 tondan çox zəruri məhsullar göndərilib. Qeyd etmək lazımdır ki, Ukrayna xalqını dəstəkləyən şəhərlərin coğrafiyası genişlənir. Bu gün bu şəhərlər arasına Gəncə daxil oldu. Biz Azərbaycana təkcə dəstəyə görə deyil, həmdə minlərlə Ukrayna vətəndaşına təqdim etdiyi sistemli, planlı yardımına görə təşəkkür edirik", - deyə səfir bildirib.

Səfir əlavə edib ki, humanitar yükə uzun saxlama müddətinə malik ərzaq məhsulları, dərmanlar və tibb avadanlıqları daxildir.

Qeyd edək ki, Bakı və Gəncə şəhərləri Ukrayna xalqına ərzaq məhsullarından ibarət humanitar yardım göndərir. Bakı şəhəri tərəfindən 66 ton, Gəncə şəhəri tərəfindən isə 35 ton olmaqla ümumi çəkisi 101 ton olan humanitar yardıma saxlama müddəti uzun olan qida məhsulları (konservlər, dənli bitkilər, quru qidalar, çay və s.) daxildir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti