...

İbrahim Kalın Baydenin müsaviri ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Siyasət Materials 2 Oktyabr 2022 22:03 (UTC +04:00)
İbrahim Kalın Baydenin müsaviri ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Bakı. Trend:

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın və ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İstanbulda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.

"Onlar, həmçinin regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstək, Şərqi Aralıq dənizində hər hansı fikir ayrılığının həlli üçün dialoq və diplomatiyanın vacibliyi, Finlandiya və İsveçin NATO-ya üzvlük istiqamətində irəliləyişi müzakirə ediblər", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti