...

X Qlobal Bakı Forumunun sonuncu günü işə başlayıb (FOTO)

Siyasət Materials 11 Mart 2023 09:18 (UTC +04:00)
X Qlobal Bakı Forumunun sonuncu günü işə başlayıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun 3-cü (sonuncu) günü işə başlayıb.

Trend-in məlumatına görə, bugünkü panel müzakirələrə aşağıdakı mövzular daxildir:

"Avropa Birliyi kontekstində Qərbi Balkanlar”

“Yaxın Şərqdə və onun hüdudlarından kənarda sülh, sabitlik və inkişaf axtarışları”

“Afrikanın geo-strateji əhəmiyyəti: imkanlar və çağırışlar”

“Gənclər danışır, biz dinləyirik”

Xatırladaq ki, Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Bu il 10-cusu baş tutan foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Qlobal Bakı Forumunda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti