Bakı. Trend:
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev və Uqandanın bu təşkilatdakı daimi nümayəndəsi Adonia Ayebare arasında görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə uqandalı diplomat öz sosial şəbəkə hesabında paylaşım edib.
Görüş zamanı tərəflər Qoşulmama Hərəkatının qarşıdan gələn nazirlər görüşü, eləcə də Uqandanın Hərəkata sədrliyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
"Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayevlə görüşməkdən məmnun oldum. Biz həmçinin dost ölkələrimiz arasında ikitərəfli məsələləri də müzakirə etdik", – deyə Ayebare qeyd edib.