...

Sülh sazişi ən çox Ermənistan üçün lazımdır - Ekspert

Siyasət Materials 11 Aprel 2025 18:21 (UTC +04:00)
Sülh sazişi ən çox Ermənistan üçün lazımdır - Ekspert
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Antalya. Trend:

Sülh sazişi ən çox Ermənistan üçün lazımdır.

Trend xəbər verir ki, bunu 4-cü Antalya Diplomatik Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Türkiyənin xarici siyasət eksperti Levent Ersin Orallı deyib.

"Çox açıq deyirəm: sülh sazişi Türkiyə üçün lazımdır, Azərbaycan üçün lazımdır, amma ən çox Ermənistan üçün lazımdır. Sülh Azərbaycan üçün nə qədər vacibdirsə, Türkiyə üçün nə qədər əhəmiyyətlidirsə, Ermənistan üçün ondan daha çox vacibdir. Müstəqil olduğu gündən bu günə 30 il keçib. Hər keçən gün kiçilən bir Ermənistan var. Lobbilərin, imperialist dövlətlərin oyuncağına çevrilmiş bir Ermənistan var. Diasporanın əsirinə çevrilmiş, İrəvan tərəfindən idarə oluna bilməyən bir Ermənistan var. Əgər Ermənistan Azərbaycanın irəli sürdüyü şərtləri qəbul edərək masaya oturub bu sənədi imzalayacaqsa, bu, Ermənistan üçün bir mövcudluq məsələsinə çevriləcək", - o bildirib.

Ekspert qeyd edib ki, Azərbaycanın irəli sürdüyü şərtlər qanunidir.

"Ermənistan sülhdən yalnız qazanc əldə edəcək. Mən əminəm ki, Ermənistan bizdən daha çox bu məsələlərdə maraqlıdır. Çünki biz tarixi bir zəfərlə 30 illik işğalı 44 günə bitirdik. Ardınca antiterror əməliyyatı ilə bu işğalı tamamilə aradan qaldırdıq. İndi isə müəyyən hüquqlarımız və gözləntilərimiz var – onları da alaq ki, sülhə olsun", - o bildirib.

Xəbər lenti

Xəbər lenti