Hacıqabulda baş vermiş qəza nəticəsində təxminən 1,5 ha torpaq mazutla çirklənib. Bu barədə Trend ə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.
"Hazırda 1 ha sahə təmizlənir və müvafiq analizlər aparılır", - deyə nazir qeyd edib.
H.Bağırov bildirib ki, hazırda Nazirliyin briqadası hadisə yerində işlər aparır və ərazinin əvvəlki vəziyyətə gətirilməsi çətin olmayacaq.
Qeyd edək ki, iyunun 5-də Hacıqabul rayonunda Muğanlı stansiyası yaxınlığında içərisində M-40 növlü mazut olan və Gürcüstana aparılan 34 sisterndən 15-i relsdən çıxıb. Təxminən 800 ton mazutun axması nəticəsində həmin yerdə 15-20 sm orta dərinlikdə mazut gölməçələri əmələ gəlib.