...

Metyu Brayza: "Qarabağ münaqişəsinin baza prinsipləri üzrə müqavilə bu il imzalana bilər"

Siyasət Materials 6 İyun 2007 11:54 (UTC +04:00)
Metyu Brayza: "Qarabağ münaqişəsinin baza prinsipləri üzrə müqavilə bu il imzalana bilər"

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza çərşənbə günü Bakıda bəyan edib ki, Azərbaycanda keçirilən görüşlərlə bağlı nikbin təəssuratları var. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktiv addımlar atıblar. "Son vaxtlar tərəflər çox ciddi danışıqlar aparıblar. Əgər onlar yerdə qalan məsələləri həll etmək istəsələr, artıq bu il baza prinsipləri əsasında müqavilənin imzalanması mümkün olacaq" - deyə o vurğulayıb.

Brayza bir daha bəyan edib ki, tərəflər münaqişənin həllinə çox yaxındırlar.

Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 10-na Sankt-Peterburqda planlaşdırılan görüşünü şərh edən həmsədr qeyd edib ki, bir sıra mürəkkəb məsələləri müzakirə etmək və müəyyən iş görmək lazımdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ilə təsadüf edir. Səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi olub. 1992-cu ildən Azərbaycan torpaqlarının 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-ci ilin mayında tərəflər atəşkəs haqqında razılaşma əldə ediblər və bu vaxtadək ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları hələ ki, nəticəsiz olaraq qalır.

Xəbər lenti

Xəbər lenti