...

Azərbaycan hökuməti əsas prioritet sahələri çıxmaqla, digər sahələrin icrasını qeyri-hökumət təşkilatlarına verməlidir - Baş nazirin müavini

Cəmiyyət Materials 25 Noyabr 2010 10:52 (UTC +04:00)
Azərbaycanın Baş nazirinin müavini hesab edir ki, hökumət əsas prioritet sahələri çıxmaqla, digər sahələrin icrasını qeyri-hökumət təşkilatlarına tapşırmalıdır.
Azərbaycan hökuməti əsas prioritet sahələri çıxmaqla, digər sahələrin icrasını qeyri-hökumət təşkilatlarına verməlidir - Baş nazirin müavini

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Baş nazirinin müavini hesab edir ki, hökumət əsas prioritet sahələri çıxmaqla, digər sahələrin icrasını qeyri-hökumət təşkilatlarına (QHT) tapşırmalıdır.

"Hökumət əsas prioritet sahələri çıxmaqla, digər sahələrin icrasını qeyri-hökumət təşkilatlarına verməlidir. Bununla həm hökumətin yükü azalar, həm də milli QHT-lər inkişaf edər", - cümə axşamı jurnalistlərə Baş nazirin müavini Əli Həsənov bildirib.

Azərbaycanda 2600-dən çox QHT var. Onların 107-si beynəlxalq, qalanları isə milli QHT-lərdir.

Həsənovun sözlərinə görə, əsas odur ki, QHT-lərin maliyyə asılılığı olmasın, o, kimsə tərəfindən maliyyələşdirilməsin.

"Özünü maliyyələşdirmə çox çətindir, ancaq hesab edirəm ki, belə bir sistem formalaşdırmaq mümkündür. QHT-ni hansısa donor maliyyələşdirirsə, təbii ki, ondan asılılıq yaranır. Amma bütün bunlara baxmayaraq, QHT-lərin əksəriyyəti cəhd edir ki, layihələrdə müəyyən müstəqillik göstərsinlər", - Həsənov əlavə edib.

Baş nazirin müavini bildirib ki, Azərbaycanda bəzi milli QHT-lərin xoşagəlməz donorların təsirinə düşməsi faktı mövcuddur.

"QHT-lərin özünü maliyyələşdirmə sisteminə keçməsi üçün müəyyən vaxt lazımdır və hesab edirəm ki, QHT-lərin donorlardan asılılığı tədricən aradan qalxacaq", - Həsənov qeyd edib.

Onun sözlərinə görə, bu gün QHT-lərə dövlət dəstəyinin olması vacibdir.

"Dövlətin göstrədiyi maliyyə dəstəyinin strukturuna baxsaq, görərik ki, beynəlxalq donorların asılılığından çox azdır. Dövlət yaradılan Şuraya pul ayırır və şura tender elan edir. Burada bir ictimailik var və ona görə də asılılıq azdır. Keçid dövrüdür, QHT-lər özlərini doğruldana qədər dövlət dəstəyi olacaq", - Həsənov bildirib.

Azərbaycanda QHT-lərin inkişafı üçün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası fəaliyyət göstərir. Şura ildə 2-3 dəfə layihələri maliyyələşdirmək üçün müsabiqə elan edir.

Xəbər lenti

Xəbər lenti