...

Azərbaycan və Türkiyə vətəndaşları üçün bu ölkələrdə xüsusi imtiyazlı layihələr həyata keçirilə bilər

Cəmiyyət Materials 13 İyul 2012 16:02 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik hər iki ölkədə yaşayan vətəndaşların lazımi tibbi yardım alması üçün xüsusi imtiyazlı layihələrin işlənib hazırlanması və tez bir zamanda tətbiqini təklif edib.
Azərbaycan və Türkiyə vətəndaşları üçün bu ölkələrdə xüsusi imtiyazlı layihələr həyata keçirilə bilər

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik hər iki ölkədə yaşayan vətəndaşların lazımi tibbi yardım alması üçün xüsusi imtiyazlı layihələrin işlənib hazırlanması və tez bir zamanda tətbiqini təklif edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Çelik bu təklifini bu gün Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevlə görüşündə irəli sürüb.

Türkiyəli nazir Azərbaycanla qurulmuş əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün hər bir şəraitin olduğunu bildirib. Çelik qeyd edib ki, onların hesablamalarına görə, hazırda Türkiyədə 17 min azərbaycanlı, Azərbaycanda isə 43 min Türkiyə vətəndaşı yaşayır. Onun fikrincə, bu faktor ölkələrimiz arasında olan əlaqələrin daha da genişlənməsinə və təkmilləşməsinə səbəb olmalıdır.

Türkiyəli nazirin sözlərinə görə, Türkiyədə iki əsas səhiyyə qurumu fəaliyyət göstərir. Onlardan biri Türkiyənin Səhiyyə Nazirliyi, digəri isə Əmək və Sosial Müdafiə Nazirliyidir.

"Azərbaycanda dövlət tibbi xidməti ödənişsiz, Türkiyədə isə sığorta sistemi üzrə fəaliyyət göstərdiyi üçün hər iki ölkədə yaşayan vətəndaşlarımızın lazımi tibbi yardım alması üçün xüsusi imtiyazlı layihələrin işlənib hazırlanması və tez bir zamanda tətbiqi məqsədəuyğun olardı", - Çelik bildirib.

Azərbaycanın səhiyyə naziri Şirəliyev iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində görülmüş işlərdən, o cümlədən yerli müdavimlərin Türkiyənin qabaqcıl ali təhsil ocaqlarında təhsil almasını, zəngin təcrübə keçməsini və təkmilləşərək ölkəyə tam hazır kadr kimi qayıtmasını əhəmiyyətli faktor kimi dəyərləndirib. Nazir bir neçə il öncə ölkələrimiz arasında səhiyyə sahəsində imzalanmış protokolların daha da genişləndirilməsinin tərəfdarı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti