...

Azərbaycan Mətbuat Şurası daha yeddi nəşri "qara siyahı"ya salıb

Cəmiyyət Materials 8 Noyabr 2012 17:31 (UTC +04:00)
Şuradan cümə axşamı Trend-ə verilən məlumata görə, MŞ-nin Şikayətlər üzrə Komissiyasının və "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının rəylərinin əsasında bu gün Mətbuat Şurasının qərarları qəbul olunub.
Azərbaycan Mətbuat Şurası daha yeddi nəşri "qara siyahı"ya salıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mətbuat Şurası (MŞ) daha yeddi nəşri "qara siyahı"ya daxil edib.

Şuradan cümə axşamı Trend-ə verilən məlumata görə, MŞ-nin Şikayətlər üzrə Komissiyasının və "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının rəylərinin əsasında bu gün Mətbuat Şurasının qərarları qəbul olunub.

İdarə Heyəti üzvləri sənədləri və rəyləri araşdıraraq 6 qəzetin adının "qara siyahı"ya salınmasına tam əsasların olduğu razılığına gəliblər. Bunlar "Ədalət tribunası", "Təzə xəbər", "Seans", "Əsrin kirpiləri", Həqiqətin güzgüsü" və "Azərbaycan ideyası" qəzetləridir. "Obyektiv fikir" qəzetinin də adı MŞ-nin sonuncu xəbərdarlığı edilməklə "qara siyahı"ya salınıb.

"Korrupsiya və qanun" qəzeti ilə bağlı məsələnin müzakirəsi mətbu nəşrə Mətbuat Şurasının xəbərdarlığının edilməsi ilə yekunlaşıb. İdarə Heyəti "Yeni istiqlal" qəzetinin fəaliyyətində hüquqi müstəvidə araşdırılmalı olan məqamların üstünlük təşkil etdiyini əsas götürərək, mətbu nəşrlə əlaqədar sənədlərin araşdırılmaq üçün müvafiq orqanlara göndərilməsini məqsədə müvafiq sayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti