...

Azərbaycanda 84 KİV Mətbuat Şurasının "Qara siyahı"sına salınıb

Cəmiyyət Materials 11 İyul 2013 11:28
Hazırda Azərbaycan Mətbuat Şurasının «Qara siyahı»sında 84 KİV-in adı yer alıb.
Azərbaycanda 84 KİV  Mətbuat Şurasının "Qara siyahı"sına salınıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.Mehdiyev/

Hazırda Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sında 84 KİV-in adı yer alıb. Trend-in məlumatına görə, bunu AMŞ-nin sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VI qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2008-ci ildə adları "qara siyahı"ya salınan qəzet və jurnalların sayı 36 idisə, 2009-cu ildə bu rəqəm 94-ə, 2010-cu ildə 110-a çatdı.

Şura sədri qeyd edib ki, MŞ etik prinsiplərə sayğısız yanaşan, peşə fəaliyyətilə bir araya sığmayan hallara mütəmadi yol verən mətbu orqanlarla bağlı məsələləri yalnız onların adlarının "qara siyahı"ya salınması ilə yetərli saymayıb: "Şuranın tərkibində yaradılan "Apellyasiya qrupu"nun apardığı araşdırmalara istinadən düz yola qayıtmaq istəyənlərin müraciətlərinə baxılıb. Milli mətbuatımızın 135 illik yubileyi münasibətilə "qara siyahı"dan 26 qəzet və jurnalın adının çıxarılması barədə qərar qəbul edib. Sonrakı illərdə daha 14 qəzet siyahıdan çıxarılıb. Hazırda "qara siyahı"da 84 KİV-in adı yer alıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti