...

Dini radikalizmlə mübarizə mövzusunda tədbir keçirilib

Cəmiyyət Materials 14 May 2015 20:49 (UTC +04:00)
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi arasında “Gənclərin dini maarifləndirmə işinin təşkilinə dair birgə Tədbirlər Planı” çərçivəsində may ayının 14-də Suraxanı Rayon Gənclər Evində "Dini radikalizmlə mübarizədə gənclərin rolu" mövzusunda seminar-treninq təşkil ediib.
Dini radikalizmlə mübarizə mövzusunda tədbir keçirilib

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi arasında "Gənclərin dini maarifləndirmə işinin təşkilinə dair birgə Tədbirlər Planı" çərçivəsində may ayının 14-də Suraxanı Rayon Gənclər Evində "Dini radikalizmlə mübarizədə gənclərin rolu" mövzusunda seminar-treninq təşkil ediib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Mahir Qəniyev, Şəhriyar İsmiyev, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Aydın Yusifov mövzunun aktuallığını qeyd edərək, gənclərlə bu səpkili görüşlərin keçirilməsinin çox böyük əhəmiyyətə malik olduğunu bildirib. Dövlət Komitəsinin əməkdaşı Mahir Qəniyev məruzə ilə çıxış edərək dini radikalizmi doğuran səbəblərdən, İslam dünyasında baş verən proseslərdən danışıb. O, bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir. İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.

Ekspert qeyd edib ki, radikalizmlə mübarizədə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənclər fəal iştirak etməli və bu prosesə öz töhfəsini verməlidirlər.

Daha sonra görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Bu cür tədbirlərin ilin sonunadək paytaxtın digər rayon idarələrində keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti