...

Xarici akademiklər Azərbaycanda uzun ömürlülüyün sirlərini araşdırırlar (FOTO)

Cəmiyyət Materials 24 İyul 2015 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Ukrayna Elmlər Akademiyasının Gerontologiya İnstitutunun alimləri Azərbaycanda Azərbaycanda uzunömürlülüyün sirlərini araşdırırlar.

Azərbaycan Tibb Universitetindən Trend-ə verilən məlumata görə, Ukrayna Elmlər Akademiyasının rəhbər nümayəndələri - Akademiyanın Gerontologiya İnstitutunun direktoru akademik Vladislav Bezrukov və Akademiyanın müxbir üzvü Svetlana Kuznetsova bu gün ATU-nun rektoru, akademik Əhliman Əmiraslanovla görüşüblər.

Görüş zamanı qeyd olunub ki, Ukrayna Elmlər Akademiyasının Gerontologiya İnstitutu Azərbaycan Elmlər Akademiyası və Tibb Universiteti ilə birlikdə "Uzunömürlülüyün molekulyar genetik əsaslarının öyrənilməsi" layihəsini icra edirlər. İki il davam edəcək layihənin əsas məqsədi Azərbaycanda yaşayan uzunömürlü insanların tibbi göstəricilərinin araşdırılması, biomarkerlərinin tədqiqidir. Bu məqsədlə qonaqlar Azərbaycanın müxtəlif bölgələrinə səfər edərək yaşlı insanlarla görüşlər keçirirlər.

Ə.Əmiraslanov layihənin tibb elmi üçün böyük əhəmiyyət daşıdığını, bu səbəbdən Tibb Universiteti əməkdaşlarının da həmin elmi tədqiqatlara qatıldığını bildirib.

Rektor qeyd edib ki, Azərbaycanın bölgələrində aparılan araşdırmalarda ATU-nun nevropatoloqları, kardioloq və terapevtləri, digər mütəxəssisləri də iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti