Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
Bakıda Azərbaycanın görkəmli soylarına həsr olunmuş "Family Run" layihəsinin növbəti tədbiri keçirilib
"Intourist Baku, Autograph Collection" hotelində tanınmış tarixçi, "Bakı sirləri" silsilə televiziya verilişlərinin müəllifi və aparıcısı Fuad Axundovun Azərbaycan jurnalistləri və blogerləri ilə növbəti görüşü keçirilib.
Sözügedən görüş Azərbaycanda start götürmüş "Family Run by Glenfiddich" layihəsi çərçivəsində keçirilib və sayca ikinci olub. "Family Run by Glenfiddich" layihəsi ölkənin tanınmış soylarının nöqteyi-nəzərindən "Glenfiddich" brendinin ailə dəyərlərinin nümayiş etdirilməsinə yönəldilib. Belə ki, məhz dünyanın ən titullu arpa mayalanması vasitəsilə hazırlanan viski brendinin sahibi olan Qrant ailəsi nəsillərarası əlaqələri təmin etməyə və ailə biznesinin davam etdirilməsi ənənəsinin qorunub saxlanmasına nail olub.
Layihə çərçivəsində Fuad Axundov jurnalist və blogerlərlə görüşə ailə biznesini davam etdirən, həmçinin ailə ənənələrinə əməl edən bir sıra görkəmli nəsil nümayəndələrini cəlb edir. Layihənin ikinci görüşünə qonaq qismində Azərbaycanın tanınmış tikinti podratçıları sayılan Qasımovlar qardaşlarının nəslinin nümayəndələri dəvət olunmuşdu.
Qasımovlar qardaşları haqqında təqdimatla çıxış edən Fuad Axundov görüş iştirakçılarına adıçəkilən soyun zəngin tarixi, keçmişi və hazırkı durumu haqqında danışıb və bildirib ki, Qasımovlar qardaşlarının atası Hacı Məmməd Əli Molla Qasım oğlu Ordubadda yerləşən xalça yununun rənglənməsi üzrə emalatxananın sahibi idi. Lakin oğullardan heç biri - Hacı (1867-1937), Əli (1873-1943) və İmran (1879-1914) atalarının sənətini davam etdirmək istəmədi, və ötən əsrin əvvəllərində Bakıda geniş vüsət almış tikinti bumu qardaşlara hansı sahədə işləməyə təlqin etdi. Qardaşlardan böyüyü Hacı Qasımov xarrat peşəsindən başlayır, lakin qısa bir zaman ərzində o, ətrafına peşəkar ustaları yığaraq tikinti arteli yaradır. Daha sonra Hacı Qasımov qardaşları ilə birgə tam tikinti işlərini yerinə yetirən şirkət yaradır. Sifarişçi layihə ilə tanış olduqdan sonra ödəniş edib və təyin olunmuş vaxtda işi təhvil alırdı. Qardaşların yaratdığı şirkət tikinti materiallarının alınması və çatdırılması, tikinti işlərinin aparılması, fasadların bədii tərtibatı, apartamentlərin işlənməsi və s. öhdəlikləri üzərinə götürürdü. Bundan başqa, qardaşlar Bakıda parket zavodu açır ki, sözügedən müəssisədə istehsal olunan məhsul əsaslı surətdə tikinti işlərində istifadə olunur.
"Bakıda demək olar heç bir monumental binanın tikintisi Qasımovlar qardaşlarının iştirakı olmadan keçinməyib və bu qardaşlar barədə kifayət qədər maraqlı hadisələr danışmaq olar. Podratçı qismində çıxış edən "Qasımovlar qardaşları və Ko" şirkəti Bakı şəhərinə Murtuza Muxtarov imarətini - indiki Səadət Sarayı, sonradan filarmoniya binasına çevrilən İctimai Məclis binasını, indiki Neft Akademiyasının binası olan Bakı Mexaniki-Tikinti Texniki orta məktəbin binasını, ilk sahibinin adı ilə çağırılan və Qız qalasının yanında yerləşən Hacınskinin evini, hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin yerləşdiyi Bakı Real Məktəbinin binasını və s. tikililəri bəxş edib. Təəssüflər olsun ki, Hacı, Əli və İmran Qasımovların adları uzun illər unudulmuşdu, lakin gec-tez tarix onların ləyaqətli adlarını gələcək nəslə qaytarır. Qasımovlar barədə bu gün təkcə onların sahibkarlıq təcrübəsindən bəhrələnə biləcək kəslər deyil, Bakının son dərəcədə gözəl, maraqlı və təkrarolunmaz simasını əziz sayan hər kəs xatırlamalıdır", - deyə Fuad Axundov bildirib.
Tədbir çərçivəsində məşhur nəslin nümayəndələri Qasımovlar qardaşlarının bəzən qeyri-adi formada təzahür olunan xeyriyyəçilik işlərindən danışıblar. Məsələn, podratçısı "Qasımovlar qardaşları və Ko" şirkəti olan Bakı Real Məktəbinin tikintisi zamanı qardaşlar təmənnasız olaraq binanın hər üç mərtəbəsinin döşəməsini palıd ağacından hazırlanmış parketlərlə örtür ki, hazırda da həmin döşəmə Dövlət İqtisad Universitetinin auditoriyalarında mövcuddur.
Qeyd edək ki, görüşün qonaqları rahat və səmimi ab-havada layihənin iştirakçıları ilə söhbətləşib 12 illik "Glenfiddich" viskini dequstasiya etməklə xatirə şəkilləri çəkdirmək fürsəti əldə ediblər.
Xatırladaq ki, ilk görüşün qonaqları Azərbaycanın məşhur neft sənayeçiləri sayılan Aşurbəyov soyunun nümayəndələri olub.
Qeyd edək ki, "Family Run" layihəsinin təşkilatçısı şotland viski brendi olan "Glenfiddich"dir. "Glenfiddich" brendinin əsası alkoqollu içkilər üzrə mahir bilici sayılan Uilyam Qrant tərəfindən qoyulub. 1886-cı ildə o, Şotlandiyada analoqu olmayan yeni şotland viskisi yaratmaq qərarına gəlir. Cəmi bir il ərzində U. Qrant yeni viski istehsalı üzrə zavod qurmuş və onu qal dilindən tərcümədə "Maral vadisi" mənası verən "Glenfiddich" adlandırmışdır. Qrant nəslinin nümayəndələri hazırda da "Glenfiddich"in tarixinin başlandığı həmin zavoda rəhbərlik edirlər.
"William Grant & Sons" haqqında:
"William Grant & Sons Ltd" - şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: "Glenfiddich", "The Balvenie", "Tullamore D.E.W.", "Grant's". Azərbaycanda brendin rəsmi distributoru "El Trade" şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.