...

Gənclər Fondu dini radikalizmin qarşısını almaq üçün xüsusi istiqamət müəyyən etdi

Cəmiyyət Materials 22 Dekabr 2015 12:22 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Gənclər Fondu dini radikalizmin qarşısını almaq üçün gənclərin layihələrinə maliyyə vəsaiti ayıracaq.
Gənclər Fondu dini radikalizmin qarşısını almaq üçün xüsusi istiqamət müəyyən etdi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti yanında Gənclər Fondu dini radikalizmin qarşısını almaq üçün gənclərin layihələrinə maliyyə vəsaiti ayıracaq. Trend-in məlumatına görə, bunu Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu gün Fondun fəaliyyəti ilə bağlı məlumat verərkən deyib.

F.Hacıyev bildirib ki, Gənclər Fondu tərəfindən elan olunan 8-ci qrant müsabiqəsində dini radikalizmin qarşısını almaq üçün maarifləndirmə tədbirləri ilə bağlı xüsusi istiqamət var.

Onun sözlərinə görə, belə qruplaşmaların təsiri altına düşən gənclərin sayı o qədər də çox deyil: "Bəzən bir sıra məsələləri çox şişirdirlər, gənclərin radikal dini qruplara qoşulduğunu deyirlər. Gənclərin neçə faizi belə qruplaşmalara qoşula bilər? Azərbaycan gənclərinin intellektual səviyyəsi digər ölkələrdə olan gənclərin intellektual səviyyəsindən üstündür, bizim gənclərimiz məsələlərə praktiki yanaşır, dünyagörüşləri daha genişdir. Ona görə də gənclərin çox kiçik qrupu bu cür təşkilatlara qoşulub. Bununla bağlı da 8-ci qrant müsabiqəsində dini radikalizmin qarşısını almaq üçün maarifləndirmə tədbirləri ilə bağlı xüsusi istiqamət var. Biz istərdik ki, gənclərimiz bu sahələr üzrə layihələrlə bizə müraciət etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti