...

Yeni qeydiyyatdan keçmiş 26 dini icmaya şəhadətnamələr təqdim edilib (FOTO)

Cəmiyyət Materials 9 Oktyabr 2018 13:21 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 26 dini icmaya şəhadətnamələr təqdim edilib.

Komitədən Trend-ə verilən məlumata görə, bu məqsədlə təşkil edilmiş tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdəki dövlət-din münasibətlərindən bəhs edib. O vurğulayıb ki, Azərbaycanda dövlət tərəfindən din sahəsinə diqqət və qayğı hər zaman özünü büruzə verir:

“Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin davamı kimi Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına, yüksək tolerantlıq mühitinin və dini dözümlülüyün gücləndirilməsinə xüsusi diqqət ayırır. Eyni zamanda ölkəmizdə dini ibadətgahların inşasına və yenidən qurulmasına önəm verilir, mütəmadi olaraq müsəlman və qeyri-müsəlman dini icmalarına dövlət büdcəsindən maliyyə yardımı ayrılır”.

Milli-mənəvi dəyərlərimizin düzgün şəkildə gənclərə çatdırılmasının önəminə toxunan S.Salahlı bu məqsədlə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətində ölkədə mövcud dini konfessiyaların dəstəklənməsinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.

Dini icma sədrlərinə müvafiq tövsiyələrini verən sədrin birinci müavini icmaları xalqımızın gen yaddaşından gələn tolerant və multikultural ənənələrin yaşadılması, gələcək nəsillərə ötürülməsində, eləcə də dini radikalizmə qarşı mübarizədə və dini maarifləndirmə prosesində fəal olmağa çağırıb.

Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti