Bakı. Samir Əli - Trend:
Bakıda gənc oğlan küçədə qarət olunub.
Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu Sarayevo küçəsində baş verib. 2002-ci il təvəllüdlü Hüseynov Cavad Mamed oğlu Sarayevo küçəsi, 13 saylı binanın qarşısında 3-4 nəfər tanımadığı şəxs tərəfindən basqına məruz qalıb.
Həmin şəxslər yeniyetmənin mobil telefonunu götürərək hadisə yerindən qaçıblar.
Faktla bağlı araşdırma aparılır.