...

"Buta Airways"in təyyarəsi Ankaradan İstanbulun yeni aeroportuna yola salınıb (YENİLƏNİB)

Cəmiyyət Materials 7 Yanvar 2020 15:00 (UTC +04:00)
Bakı vaxtı ilə saat 14:00-da təyyarə Esenboğa aeroportundan İstanbulun yeni hava limanına yola düşüb.
"Buta Airways"in təyyarəsi Ankaradan İstanbulun yeni aeroportuna yola salınıb (YENİLƏNİB)

İlk xəbər saat 12:27-də yayımlayıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı vaxtı ilə saat 14:00-da təyyarə Esenboğa aeroportundan İstanbulun yeni hava limanına yola düşüb.

“Buta Airways” şirkətindən Trend-ə verilən məlumata görə, Sabiha Gökçen aeroportundan Bakıya uçmalı olan sərnişinlər avtobuslar vasitəsilə İstanbulun yeni hava limanına çatdırılmışlar və yola düşməyə hazırlaşırlar.

XXX

saat 12:27

“Buta Airways” J2-9103 nömrəli reysində hava gəmisinin Ankarada enməsi ilə bağlı açıqlama yayıb.

Trend-in məlumatına görə, açıqlamada deyilir: "Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib. Təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib".

Əlavə olaraq qeyd olunub ki, Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti