...

DANX: Gürcüstana gedən avtobuslara müvəqqəti məhdudiyyət qoyulub

Cəmiyyət Materials 14 Mart 2020 10:52 (UTC +04:00)
Bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.
DANX: Gürcüstana gedən avtobuslara müvəqqəti məhdudiyyət qoyulub

Bakı. Ceyhun Ələkbərov - Trend:

Gürcüstan və Azərbaycan sərhədində xüsusi dəhliz yaradılıb.

Bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, dəhliz vasitəsi ilə Azərbaycanda olan Gürcüstan vətəndaşları öz ölkəsinə, Gürcüstanda olan Azərbaycan vətəndaşları isə ölkəmizə qayıda biləcək:

“Ötən gecə saat 01-dən etibarən Azərbaycanla Gürcüstan arasında bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Həmçinin Gürcüstana gedən avtobuslara müvəqqəti məhdudiyyət qoyulub. Azərbaycanlıların həmin istiqamətdə, əcnəbi vətəndaşların isə Gürcüstandan ölkəmizə girişinə müvəqqəti qadağa qoyulub. Hazırda sərhəddə hər iki ölkə vətəndaşlarının öz ölkələrinə qayıtması üçün müvəqqəti dəhliz yaradılıb”.

N.Allahyarova yük daşımaları haqqında da məlumat verib. O vurğulayıb ki, yük daşımaları üçün də tranzit dəhliz təmin olunub.

Xatırladaq ki, Azərbaycandan Gürcüstana ictimai nəqliyyat Tbilisi, Marneuli və Laqadexi istiqamətində hərəkət edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti