...

Azərbaycan Təhsil Şəbəkəsinin əhatə dairəsi genişləndirildi

Cəmiyyət Materials 4 Mart 2021 11:36 (UTC +04:00)
Azərbaycan Təhsil Şəbəkəsinin əhatə dairəsi genişləndirildi

Bakı. Trend:

Ölkənin ən böyük korporativ intranet şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan təhsil müəssisələrinin sayı artaraq şəbəkənin əhatə dairəsi genişləndirildi. Belə ki, 2020-ci ildə Azərbaycan Təhsil Şəbəkəsinə ölkə üzrə daha 292 təhsil müəssisəsi qoşuldu. Bununla hazırda Azərbaycan Təhsil Şəbəkəsi ümumilikdə 4164 təhsil müəssisə əhatə edir. Qeyd edək ki, ölkənin təhsil müəssisələri fiber optik, ADSL və 4G texnologiyaları əsasında şəbəkəyə qoşulur

“Təhsil Sisteminin İnformasiyalaşdırılması Proqramı” çərçivəsində AzEduNet şirkəti tərəfindən ölkə ərazisində bütün təhsil müəssisələrinin vahid korporativ şəbəkəyə birləşdirilməsindən əlavə həmin təhsil müəssisələrinin təhlükəsiz İnternet rabitə kanalı ilə təmin edilməsidir. Hazırda şəbəkəyə qoşulmuş bütün təhsil müəssisələrində müasir təhsil sisteminin bütün tələblərinə cavab verən Cisco Systems şirkətinin “Umbrella” adlı xidmət tətbiq edilir. Bu həll bulud təhlükəsizliyi sistemi olmaqla hazırda bütün təhsil sisteminin İnternet rabitə kanallarını zərərli trafikdən təmizləyir.

Azərbaycan Təhsil Şəbəkəsi müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsidir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, təhsil müəssisəsində videomüşahidə xidmətinin qurulması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Xəbər lenti

Xəbər lenti