...

Nazirliyin təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı qərarı var, amma bu, bizdən asılı deyil - Yaqub Piriyev

Cəmiyyət Materials 19 Oktyabr 2022 11:47 (UTC +04:00)
Nazirliyin təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı qərarı var, amma bu, bizdən asılı deyil - Yaqub Piriyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Elm və Təhsil Nazirliyinin Kollegiyasının təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı qərarı var, amma bu, bizdən asılı deyil, bu, universitetlərin rəhbərliyindən asılıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Yaqub Piriyev tələbə kreditinin tətbiq edildiyini xatırladıb.

“Bu, sosial kreditlərdir. Bu krediti götürməyə çəkinirlər. Başa düşmürlər ki, bu sosial kreditlərdir, faiz tutulmur. Hətta bəlkə dövlət başçısı bunu nə vaxtsa bağışlayacaq, bu ödənişi tələb etməyəcək”.

Qeyd edək ki, iclasda deputat Kamilə Əliyeva ali təhsil müəssisələrinə pullu ixtisaslara qəbul olan tələbələrin təhsil haqqını ödəyə bilməməsi ilə bağlı problemi qaldırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti