...

Əcnəbiləri iş adı ilə aldadıb Azərbaycana gətirən şəxs ƏLƏ KEÇİB

Cəmiyyət Materials 23 Noyabr 2023 15:06 (UTC +04:00)
Əcnəbiləri iş adı ilə aldadıb Azərbaycana gətirən şəxs ƏLƏ KEÇİB
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirləri zamanı öz həmvətənlərini Azərbaycanda işlə təmin etmək, həmçinin Avropa ölkələrinə daşımaq vədləri ilə aldadaraq ölkəmizə gəlmələrini təşkil edən əcnəbi saxlanılıb.

Bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən xəbər verilib.

Həmin şəxsin 6 əcnəbini Azərbaycanda işlə təmin etmək, 1 əcnəbini isə Avropa ölkələrinə daşımaq vədi ilə aldadaraq onların ümumilikdə 15 000 dollar məbləğində pul vəsaitini mənimsədiyi müəyyən edilib.

Qanunsuz miqrasiyanın təşkilinə, həmçinin digər qanunsuz əməllərə dair əsaslı faktlar müəyyən edildiyindən aşkar edilən halla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.

Vətəndaşlardan qanunsuz miqrasiya halları ilə rastlaşdıqda Dövlət Miqrasiya Xidmətinin (012) “919” Çağrı mərkəzini məlumatlandırmaları xahiş olunur. Çağrı mərkəzi həftənin 7 günü 24 saat fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti