Bakı. Trend:
Xocalı şəhəri ərazisində çətənə kolları aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Belə ki, polis əməkdaşları tərəfindən Xocalı şəhəri ərazisində yabanı halda bitmiş, 237 kiloqram çəkidə 423 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.