...

Xocalıda 1 ton çətənə bitkisi məhv edildi

Cəmiyyət Materials 21 İyun 2024 10:25 (UTC +04:00)
Xocalıda 1 ton çətənə bitkisi məhv edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xocalıda yabanı halda bitən 1 ton 47 kq çətənə bitkisi məhv edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Xəbərə görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Əsgəran qəsəbəsi ərazisində yabanı halda bitən 1 ton 47 kq 1150 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti