...

Meşədə çətənə yetişdirən şəxs saxlanıldı

Cəmiyyət Materials 27 İyul 2024 09:09 (UTC +04:00)
Meşədə çətənə yetişdirən şəxs saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Qarabörk kənd sakini Mürvət Qarayev saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, onun yaşadığı kəndin ərazisində yerləşən meşəlik əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 43 ədəd çətənə kolu, evindən isə marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti