...

Xaçmazda növbəti səyyar qəbul və ekoloji aksiya keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2024 17:56 (UTC +04:00)
Xaçmazda növbəti səyyar qəbul və ekoloji aksiya keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Alıcqışlaq kəndində növbəti səyyar qəbulunu keçirib.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qəbulda Aşağı Zeyid İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Alıcqışlaq, Aşağı Zeyid, Qaracik, Qaracik Zeyid, Qaraçay Cek,Şıxhaput və Çılğır kəndlərinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi, rabitə və internetlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Səyyar qəbuldan sonra Alıcqışlaq kəndində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri məktəbin həyətinə yerli iqlim şəriatinə uyğun gələn müxtəlif növ ağaclar əkiblər.

Xəbər lenti

Xəbər lenti