...

Ötən gün axtarışda olan 94 nəfər saxlanılıb

Cəmiyyət Materials 24 Yanvar 2026 10:25 (UTC +04:00)
Ötən gün axtarışda olan 94 nəfər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 23-də ölkə ərazisində qeydə alınan 81, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 29 fakt müəyyən edilib. Həmçinin cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti