...

Ali Məhkəmənin Plenumunda Mülki-Pressesual Məcəlləyə dəyişikliklər müzakirə olunub

Cəmiyyət Materials 22 Dekabr 2006 17:09 (UTC +04:00)

Dekabrın 22-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məzkəməsinin növbəti Plenumu olub. Bu barədə Trend ə Ali Məhkəmədən məlumat verilib.

Məhkəmənin sədri Ramiz Rzayev çıxışında son illər ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan məqsədyönlü islahatlardan, Azərbaycan Respublikası prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi və hakimlərin sayının artırılması barədə 19 yanvar və 17 avqust 2006-cı il tarixli fərmanların əhəmiyyətindən danışıb.

Plenumda Bakı şəhərinin Səbail və Xətai rayon məhkəməsi sədrlərinin 2005-ci ildə məhkəmədə ədalət mühakiməsi həyata keçirilməsi vəziyyətinə dair məruzələri dinlənilib. Çıxış edənlər Səbail və Xətai rayon məhkəmələrində qanunvericiliyin tələblərinə əməl olunduğunu deyiblər. Plenumda Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi bardə qanunvericilik qaydasında Milli Məclisə təkliflər verilməsi məsələsi müzakirə olunub. Müzakirə olunan məsələlər və baxılan işlər barədə müvafiq qərarlar qəbul edilib.

Plenumun işində ədliyyə naziri Fikrət Məmmədov, Baş prokuror Zakir Qaralov, Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti