...

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

İqtisadiyyat Materials 9 Aprel 2025 09:21 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,49 ABŞ dolları və ya 0,72% azalaraq, 67,65 dollar/barel təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,44 dollar və ya 0,66% ucuzlaşaraq 66,09 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,01 dollar və ya 0,01% azalaraq, 50,49 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,49 dollar və ya 0,73% azalaraq 66,19 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti