...

Bakıda Azərbaycan-Almaniya forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2009 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir Ü.İsmayılova / 

"Çərşənbə axşamı Bakıda Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin dəstəyi ilə Biznes Forum keçiriləcək", - Azərbaycan Sahibkarları Konfederasiyasının bazar ertəsi yaydığı məlumatında deyilir .

Forumun məqsədi Azərbaycan və Almaniya iş adamları arasında mövcud biznes əlaqələrinin genişləndirilməsi və yeni işgüzar əlaqələrin yaradılmasıdır.

Azərbaycan Sahibkarlar Konfederasiyası Biznes Forumda yerli iş adamlarının iştirakını təmin edəcək. Forumda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən maşınqayırma, kənd təsərrüfatı texnikası, qaz, neft-kimya avadanlıqları, əczaçılıq, elektrik, soyutma-isitmə sistemləri, bütün növ nəqliyyat (avtomobil, hava, dəmiryol,dəniz-çay), tekstil, tikinti layihələşdirmə, kommunal təsərrüfat sahələri üzrə fəaliyyət göstərən alman və qeyd olunan sahələrdə maraqlı olan yerli iş adamları iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti