...

2009-cu il Azərbaycan üçün səciyyəvi olub - Maliyyə Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2010 16:07 (UTC +04:00)
Kollegiya iclasını açıq elan edən maliyyə naziri S.Şərifov qeyd edib ki, 2009-cu il dövlətimizin iqtisadi qüdrətinin, idarəetmə qabiliyyətinin səviyyəsinin qiymətləndirilməsi baxımından əlamətdar bir il olub.
2009-cu il Azərbaycan üçün səciyyəvi olub - Maliyyə Nazirliyi

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir N.İsmayılova/

Kollegiya iclasını açıq elan edən maliyyə naziri S.Şərifov qeyd edib ki, 2009-cu il dövlətimizin iqtisadi qüdrətinin, idarəetmə qabiliyyətinin səviyyəsinin qiymətləndirilməsi baxımından əlamətdar bir il olub.

Əlverişsiz xarici mühit faktorlarına baxmayaraq, dövlət başçısının göstərişləri əsasında həyata keçirilən düşünülmüş, qətiyyətli və çevik iqtisadi siyasət tədbirləri hesabına ölkəmiz böhranın mənfi fəsadlarını uğurla dəf etməyə nail olub. Ötən il qlobal böhranın mənfi fəsadları ölkə iqtisadiyyatına sirayət etsə də, onun gündəlik həyatında praktiki olaraq hiss olunmayıb. Bütün sosial proqramlar və tədbirlər fasiləsiz icra edilib, qarşıya qoyulmuş vəzifələr öz həllini tapıb, böhran ilinə baxmayaraq yüksək iqtisadi artıma 9,3 faiz nail olub.

2009-cu ildə sosialyönümlü tədbirlərin və xərclərin icrasına üstünlük verilib, müvafiq dövlət proqramlarının maliyyələşdirilməsi tam təmin edilib. Bu məqsədlər üçün dövlət büdcəsinin cari xərclərindən 2,763 milyon manat vəsait sərf edilib ki, bu da 2008-ci illə müqayisədə 450 milyon manat və ya 19,5 faiz çoxdur.

Nazir həmçinin Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkilinin vacibliyini qeyd edib. Bununla bağlı qanunvericiliyə uyğun olaraq bir sıra normativ aktlar qəbul edilmiş və işlər həyata keçirilməkdədir. Nazir həmçinin layihələrin hazırlanması zamanı ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin əsas götürülməsini, potensial vergi ödəyiciləri, hər bir gəlir növü üzrə real bazanın müəyyən edilməsini, büdcədən maliyyələşən ayrı-ayrı təşkilatların strukturunun təkmilləşdirilməsi ilə bağlı məqsədyönlü və səmərəli işin qurulmasının vacibliyini vurğuladı.

Rayon, şəhər maliyyə orqanlarına xərclərin strukturunun, normativ-hüquqi aktların, digər təyinatlı zəruri xərclərin strukturunun və onların icra mexanizminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və digər zəruri məsələlərlə bağlı tapşırıqlar verilib.

Müzakirələr zamanı çıxış edənlər hesabat ilində qarşıya qoyulan vəzifələrin ümumən icra edildiyini, yerli gəlirlər üzrə proqnozun icrasında yaranmış gərginliklə bağlı gəlir və xərclər arasında tarazlığın təmin edilməsi üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərdən rayon və şəhərlərə nəzərdə tutulan vəsaitin (dotasiyanın) artırılması istiqamətində hökumətin dəstəyini, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən, dövlət büdcəsinin Ehtiyat Fondundan və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsaitlər hesabına rayon və şəhərlərdə ekologiya və əhalinin su təminatının yaxşılaşdırılmasını, qəza vəziyyətində olan məktəb binalarının, tibb, mədəniyyət və idman müəssisələrinin tikintisi, yenidən qurulması və onların maddi-texniki təminatının gücləndirilməsini, regionlarda abadlıq işlərinin genişləndirilməsini, büdcə xərclərinin icra mexanizminin təkmilləşdirilməsi və şəffaflığın artırılmasını, vəsaitlərin avtomatik uçotunun qurulmasını, onların daha da səmərəli istifadə edilməsini və nəzarətin gücləndirilməsini, xəzinədarlığın idarə edilməsində müasir informasiya sisteminin yaradılmasını və proqram təminatının təkmilləşdirilməsini, dövlət büdcəsindən açılan vəsaitlərin təyinatı üzrə və vaxtında çatdırılmasında operativliyin təmin edilməsi və lüzumsuz xərclərin aradan qaldırılması məqsədilə xəzinələrarası köçürmə sərəncamlarının elektron emalına başlanılmasını qeyd edibilər.

Rayon, şəhər maliyyə orqanlarının rəhbərlərinə işlərində dönüş yaradılması üçün müvafiq tapşırıqlar verilib.

Kollegiya iclasının yekununda müzakirə edilən məsələyə dair müvafiq qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti